2024-2025 mövsümündə ölkə çempionatlarında ən çox qələbə qazanan komandaların adları müəyyən edilib.

Offsideplus.az-ın məlumatına görə, Avropa ölkələri arasında aparılan araşdırma nəticəsində “Qarabağ” da ilk “10-luğ”a daxil olub.

Azərbaycan çempionu Misli Premyer Liqasında keçirdiyi 10 oyundan 9-da rəqiblərini məğlub etməyi bacarıb. "Köhlən atlar" bu nəticəyə görə qitənin ən yaxşı 8-ci komandasıdır. Ağdam təmsilçisi Bosniya və Herseqovina təmsilçisi “Jirinski” ilə bu mövqeyi paylaşır.

Cədvələ Çexiya “Slaviya”sı və Serbiya “Srvena Zvezda”sı başçılıq edir. Hər iki komanda ölkə çempionatının geridə qalan 12 matçının 11-də qələbə sevinci yaşayıb.

Siyahıya Çexiyanın “Slaviya” və Serbiyanın “Srvena Zvezda” komandaları liderlik edir. Hər iki kollektiv ölkə çempionatının indiyə qədər keçirilən 12 matçının 11-də qalib gəlib.

"Böyük beşlik” ölkələrinin klublarında yalnız “Barselona” “Qarabağ”dan yaxşı göstəriciyə malikdir. "Göy-qırmızılar" La Liqanın ilk 11 qarşılaşmasının cəmi 1-də rəqibini məğlub edə bilməyib.

Xatırladaq ki, “Qarabağ” bu mövsüm yalnız 4-cü turda “Turan Tovuz”la keçirilən oyunda xal itirib. Avqustun 24-də “Azərsun Arena”da baş tutan qarşılaşmada tovuzlular 1:0 hesabı ilə qalib gəlib.