“France football” nəşri “Qızıl top” mükafatının verilməsi qaydalarında dəyişiklik edəcək.
Offsideplus.az xəbər verir ki, nəşr bundan sonra müsabiqəni azarkeşlər üçün daha anlaşılan və şəffaf qaydada həyata keçirmək niyyətindədir.
Birincisi, 2022-ci ildən başlayaraq, seçim zamanı futbolçunun bütün ilboyu yox, yalnız bir mövsümdəki nəticələri əsas götürüləcək. Məsələn, Qətərdəki DÇ-2022-də futbolçunun uğuru bu il deyil, gələn ildə nəzərə alınacaq.
İkincisi, bundan sonra səsvərmədə ancaq FİFA reytinqində TOP-100-lükdə olan ölkələr səs verə biləcəklər. Bu o deməkdir ki, hazırda Azərbaycan FİFA reytinqində 121-ci yerdə olduğundan bu gün üçün “Qızıl top” yarışmasından kənarda qalır.
Üçüncüsü, bundan sonra futbolçunun komandasıyla qazandığı uğur deyil, onun fərdi nailiyyəti əsas götürüləcək. Yəni klubla qazanılan titul ikinci göstərici sayılacaq (qol.az).