Samir Abbasov "Neftçi"də ilk dəfə baş məşqçi olduğu dönəmdə fanatlarla arasında yaşanan mübahisəyə görə klubdan göndərilmişdi. Lakin, bir neçə ildən sonra təkrar paytaxt təmsilçisinin "sükanı arxası"na gətirildi. Görəsən, azarkeşlər mütəxəssisi bağışlayıblarmı?

Offsideplus.az olaraq sualı "Neftçi" Azarkeşlər Dərnəyinin rəhbəri Kənan Hənəfiyevə ünvanladıq:

"Samir Abbasov azarkeşlərlə arada olan problemə görə o zaman kimə xitab etmişdisə, üzr istəmişdi və mövzu bağlanmışdı. Mən Abbasovun gəlişini çox da dəstəkləmirəm. Amma, "Neftçi"yə xeyir verəcəksə, heç bir narahatlıq yoxdur. Şəxsi fikrimə görə, məşqçinin profili, imici "ağ-qaralar"a uyğun deyil. Komandaya faydalı olmazsa, yəqin ki, qarşısında yenidən azarkeşi görəcək".