İspaniyanın paytaxtı Madriddə keçirilən "MadCup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-10 komandası turnir çərçivəsində ilk oyunlarını keçirib. 

Offsideplus.az xəbər verir ki, komanda ilk matçında yerli "CDE DR Academy Sport" klubuna böyük hesabla qalib gəlib - 8:0. Matçda qollara Amin Adıgözəlov, Ayxan Hüseynli, Cavidan Ağayev (2), David Zeynalov, Mehbalı Qəhrəmanlı, Əbəlfəzabbas Qasımlı və Yusif Baxşıyev imza atıblar.

Komanda növbəti oyunlarında ABŞ-nin "Doral" (0:2) və İspaniyanın "CF Pozuelo De Alarcon" (2:7) komandalarına məğlub olub. Son matçda qollara Nihad Həsənov və David Zeynalov imza atıblar. 

U-10 komandasının üzvləri və məşqçilər heyəti turnirin açılış mərasimində iştirak edəcək dünya futbolunun ulduzlarından David Vilyayla görüşüb.