İspaniya Kral Kubokunun final görüşünün vaxtı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Barselona" və "Real"ı qarşı-qarşıya gətirəcək matç aprelin 26-da oynanılacaq. Qarşılaşma Bakı vaxtıyla saat 00:00-da başlayacaq.

Əlavə edək ki, "Barselona" İspaniya Kubokunu ən çox qazanan klubdur. Katalon klubu 31 dəfə bu titulun sahibi olub. "Real" isə 20 dəfə qalib olmağı bacarıb.

Tərəflər indiyə qədər 7 dəfə kubokun finalında qarşılaşıb. Bu matçların 4-də "kral klubu", 3-də isə "blauqrana" zəfər qazanıb.