“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi Qrupuna (Fans Working Group) üzv seçilib.
Offsideplus.az xəbər verir ki, bu qrupun əsas məqsədi avrokuboklarda iştirak edən klubların azarkeşlərlə əlaqələrinin gücləndirilməsi, tribunalarda daha yaxşı mühitin yaradılması və fanat mədəniyyətinin inkişaf etdirilməsidir.
Qeyd edək ki, ECA Avropanın aparıcı klublarını bir araya gətirən əsas təşkilatlardan biridir və UEFA ilə sıx əməkdaşlıq edir.