Niderland millisinin baş məşqçisi Lui van Qal İtaliya yığmasına rəhbərlik etmiş Vittorio Pottsonun rekordunu təkrarlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı buna Qətərdə keçirilən dünya çempionatının A qrupunun 2-ci turunda Ekvadorla (1:1) heç-heçə etməklə reallaşdırıb.

Mütəxəssis mundiallar tarixində 9-cu matçında da məğlub olmayıb. Bu göstəci ilə van Qal Pottsonun göstəricisinə şərik çıxıb. O, bu görüşlərdə 6 qələbə qazanıb, 3 dəfə sülhə razı olub.

Qeyd edək ki, Pottso isə İtaliya (1934 - 1938-ci illər) yığmasında 8 qələbə, 1 bərabərliklə yadda qalıb.