Aleksey Batrakov "Lokomotiv"dən "Qalatasaray"a transferinin səbəblərini izah edib.

Offsideplus.az xəbər verir ki, futbolçu bu qərarı ilə bağlı bunları deyib: "Çempionlar Liqasında oynamaq mənim üçün bir arzu idi. Ona görə də çox düşünmədim. Məncə, mənim yerimdə olan bir çox adam da eyni addımı atardı. Bundan əlavə, hazırda "Qalatasaray"ın heyətində olan futbolçular da qərarıma təsir etdi".

Batrakov bildirib ki, son illər Rusiya Premyer Liqasının səviyyəsi aşağı düşüb: "Təəssüf ki, hazırda bütün rusiyalı futbolçular üçün belə bir vəziyyət yaranıb. Avrokuboklarda iştirak etmədiyimiz üçün liqamızın səviyyəsi də enir. Bu normaldır, çünki orada yoxuq və inkişaf edə bilmirik".