PSJ-nin qapıçısı Matvey Safonov bu mövqedə oynamağın xüsusiyyətlərindən söz açıb.

Offsideplus.az xəbər verir ki, o, qapıçıların bir qədər dəli olması fikri ilə razılaşdığını bildirib.

"Düşünürəm ki, mən bir az dəliyəm. Axı niyə də olmasın? Burada müəyyən məntiq var. Bu, çox spesifik və son dərəcə gərgin bir mövqedir, burada ən kiçik səhv baha başa gəlir. Sən sonuncu ümid nöqtəsisən və üzərində daim təzyiq hiss edirsən. Belə həssas və tənha mövqedə hər gün oynamağa razılaşmaq üçün mütləq bir az dəli olmaq lazımdır. Mən bir az dəliyəm, amma yaxşı mənada", – deyə Safonov vurğulayıb.