Azərbaycan Basketbol Federasiyasında (ABF) ölkədə məşqçilərin peşəkar inkişafına və oyunçuların uzunmüddətli hazırlığına dəstək məqsədilə yeni Məşqçilər Departamenti təsis edilib.
Offsideplus.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, departament məşqçi təhsili, milli komandaların proqramlarının hazırlanması, akademiyalarda tədrisin təkmilləşdirilməsi və Azərbaycan Basketbol Liqasının texniki səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərəcək.
Tahir Baxşıyev yeni departamentin direktoru təyin olunub. Anar Sarıyev, Zaur Paşayev və Polad Həsənov isə qurumun üzvləri kimi çalışacaqlar.


