Argentina millisinin yeni kapitanı Kristian Romero olub.

Offsideplus.az xəbər verir ki, Lionel Messinin və Nikolas Otamendinin yığmadakı karyerasını başa vurmasından sonra baş məşqçi Lionel Skaloni kapitanlıq sarğısını "Atletiko"nun mərkəz müdafiəçisinə həvalə edib.

Qeyd olunur ki, bu qərar təsadüfi verilməyib, hazırlıq prosesi hələ dünya çempionatından əvvəl başlayıb. Həmin vaxt Romero üçüncü kapitan təyin olunmuşdu, indi isə əsas namizədlərin olmaması səbəbindən o, komandanı meydana kapitan kimi çıxaracaq.

Skaloni 28 yaşlı futbolçunu 34 yaşlı qapıçı Emiliano Martinesdən və müdafiəçi Nikolas Talyafikodan üstün tutub.

Romero indiyədək Argentina millisində 58 oyunda 3 dəfə kapitan sarğısı ilə meydana çıxıb və bütün bu qarşılaşmalarda komandaya Skaloni rəhbərlik edib.