Braziliyalı hücumçu Qabriel Jezus "Barselona"ya keçidindən sonra Çempionlar Liqasını qazanmaq istəyindən bəhs edib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu yay transfer pəncərəsində "Arsenal"dan "Barselona"ya keçib. O, turnirin finalında iki dəfə uduzub: ötən mövsüm "Arsenal"la, 2021-ci ildə isə "Mançester Siti" ilə.

"Barselona"ya keçmək imkanını öyrəndiyim gündən Çempionlar Liqasını qazanmaq fikri məni tərk etmir. Bu, mənim arzumdur", – deyə Jezus bildirib.