"Mançester Yunayted"in hücumçusu Brayan Mbemo UEFA Çempionlar Liqasında "Sabah"la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu karyerasında ilk dəfə bu turnirin püşkatmasını həyəcanla izlədiyini bildirib: "Püşkatmanı ilk dəfə idi ki, canlı izləyirdim. Qarşıdakı oyunlar üçün çox həyəcanlıyam. Bütün rəqiblər fərqlidir, oraya gedib bu atmosferi yaşamaq çox xoş olacaq".

Fransalı hücumçu "Mançester Yunayted" forması ilə Çempionlar Liqasında debüt etməyin onun üçün böyük addım olduğunu vurğulayıb: "Fransadan gəlib belə nəhəng bir klubun heyətində Çempionlar Liqasında oynamaq mənim üçün böyük mükafatdır. Bu turniri səbirsizliklə gözləyirəm".

Mbemo müxtəlif mövqelərdə oynamağa vərdiş etdiyini də qeyd edib: "Meydanda bir neçə mövqeyə öyrəşmişəm. "Trua"da oynayarkən sağ cinahda çıxış edirdim, amma tez-tez mərkəzə də keçirdim. Əsas odur ki, meydanda olum və komandama fayda verim. Hansı mövqedə oynamağımın mənim üçün böyük fərqi yokdur".