“Hazırlığım yüksək səviyyədədir”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov deyib.
33 yaşlı idmançı “Rizin” turnirində keçirəcəyi növbəti döyüşlə bağlı fikirlərini bölüşüb:
“İnanıram ki, maraqlı döyüş olacaq. İnşallah sonda qalib mən olacağam. Rəqibimi tanıyıram. Ayaqüstə döyüşməyi xoşlayır. Düşünürəm ki, mənim döyüş stilim ondan daha yaxşıdır və qalib gəlmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Kərəmov sabah 66 kq çəki dərəcəsində yaponiyalı Ryo Takagi ilə qarşılaşacaq.


