"Gəncə"nin məşqçilər korpusu müəyyənləşməkdədir.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Martin Knejeviçin köməkçilərindən biri məlum olub. Bu, Davit Korcadzedir.

Gürcüstanlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək müqavilə bağlanıb. Korcadze böyük assistent funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, 33 yaşlı çalışdırıcı ilk dəfə vətənindən kənarda işləyəcək. O, buna kimi ölkəsində “Batumi” və “Burji” klublarında fəaliyyət göstərib.