Ötən ay "Qarabağ"la müqaviləsinə qarşılıqlı şəkildə xitam verən Abdulla Zubir klubsuz qalıb.

Offsideplus.az təcrübəli futbolçunun "kəhər atlar"a qayıtmaq ehtimalı ilə bağlı klubun Media və Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevlə əlaqə saxlayıb:

“Hazırda Zubirlə bağlı bizdə hər hansı yeni məlumat yoxdur. Bizdən ayrılıb və hazırda azad agent statusundadır. İstənilən kluba keçmək variantı olan futbolçudur”.

Qeyd edək ki, "Qarabağ"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubu ilə anlaşan, lakin komandanın maliyyə problemləri səbəbindən liqada qeydiyyatdan keçə bilməyən fransalı yarımmüdafiəçi hazırda yeni klub axtarışındadır.