Ceylen Braunun "Filadelfiya Siksers"ə keçidi NBA-də son illərin ən səs-küylü transferlərindən biri olub. Klub rəhbərliyi uzun müddət bu transferin reallaşacağına inanmırdı, lakin "Boston Seltiks"lə əlaqəni davam etdirirdi.

Offsideplus.az xəbər verir ki, əvvəlcə "Siksers" Braun üçün əsas namizədlər arasında deyildi. Lakin "Boston Seltiks" Yannis Antetokunmpo uğrunda "Mayami Hit"ə uduzduqdan sonra vəziyyət dəyişib. Həmin danışıqlarda artıq Braunun adı çəkilirdi və onun transferi daha real görünməyə başlayıb. Buna baxmayaraq, "Filadelfiya" rəhbərliyi şanslarını çox aşağı qiymətləndirirdi, çünki gözlənilirdi ki, "Boston Seltiks" All-NBA səviyyəli oyunçunu Qərb konfransına göndərməyi üstün tutacaq və birbaşa rəqibini gücləndirmək istəməyəcək. Sonda isə Braun məhz "Filadelfiya Siksers"ə transfer olunub.