"Arsenal" müdafiəçi Cərrel Kuanzanın transferi ilə bağlı "Bayer Leverkuzen" ilə danışıqlara start verib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Mikel Arteta müdafiə xəttini gücləndirmək niyyətindədir və ingiltərəli futbolçunun həm mərkəz, həm də sağ müdafiə mövqeyində oynamaq bacarığını yüksək qiymətləndirir. Kuanza uzun fasilədən sonra, debüt etdiyi dünya çempionatında İngiltərə yığmasında 3 oyunda iştirak etdikdən sonra "Bayer Leverkuzen"ə qayıdıb. O, ötən yay "Liverpul"dan ayrıldıqdan sonra Almaniyada ilk mövsümündə 44 oyunda meydana çıxıb. Klub rəhbərliyi onun Bundesliqadakı çıxışından və yeni mühitə tez uyğunlaşmasından razıdır və futbolçunu satmaq istəmir. Qeyd edək ki, "Liverpul"un 23 yaşlı müdafiəçi ilə bağlı geri alma hüququ da mövcuddur.