"Portlend Treyl Bleyzers" gələn mövsüm üçün oyun cədvəlini qeyri-adi üsulla ictimaiyyətə açıqlayıb.
Offsideplus.az xəbər verir ki, klubun ulduzu Demian Lillard səbət altına quraşdırılmış kamera qarşısında ardıcıl üçlük atışları edib.
Bu zaman arxa planda komandanın yeni mövsüm üçün oyun cədvəli əks olunub.
Klub qeyd edib ki, çəkiliş cəmi bir dublda başa çatıb.


