NBA-nın sabiq oyunçusu və hazırda teleekspert olan Kendrik Perkins "Klivlend Kavalers"in yay fasiləsindəki qərarlarını tənqid edib. O, klubun LeBron Ceymsi heyətə cəlb edə bilməməsini və Jaylen Brown üçün mübadilə etməməsini başa düşmədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Perkins bu barədə belə deyib: "Necə oldu ki, 'Klivlend' hər şeyi korladı və LeBron Ceymsi əldə edə bilmədi? LeBron Akron şəhərində demək olar ki, üç həftə qaldı. O, sizinlə görüşdü – və siz necə oldu ki, hər şeyi məhv etdiniz? Ən vacibi isə odur ki, siz özünüz deyirdiniz, əsas fiqur Jaylen Brown idi. Jaylen Brown əlçatan idi. Əgər 'Kavalers' addım atsaydı və onu heyətə qatsaydı, doqquz halda doqquzunda LeBron Ceyms 'Klivlend'də olardı. Amma siz Evan Mobley və ya Donovan Mitchell-dən imtina etmək istəmədiniz. İndi isə qarşıdakı 8-9 ildə çempionluq qazanmayacaqsınız".
İkiqat NBA çempionu Rajon Rondo isə əlavə edib ki, LeBron Ceymsin qərarında komanda daxilindəki atmosfer də mühüm rol oynayıb: "LeBron, digər amillərlə yanaşı, yaxşı vaxt keçirmək istəyir".


