Azərbaycan klubları üçün bu həftə avrokuboklarda uğurlu alındı.

Offsideplus.az xəbər verir ki, həm "Sabah", həm də "Qarabağ" qələbə qazanaraq mərhələ adlamağı bacarıb.

Bu iki qələbə Azərbaycana daha 0.500 reytinq xalı qazandırıb. Cari mövsüm ümumilikdə 3.125 reytinq xalı əldə etmişik.

Azərbaycan hazırda 21 min 687 xalı ilə 26-cı yerdədir. 25-ci Ukraynanın 22 min 587 xalı var.

Azərbaycanın 2, Ukraynanın isə 1 komandası avrokuboklarda mübarizəni davam etdirir.

Qeyd edək ki, reytinq cədvəlinə 98 min 519 xalla İngiltərə başçılıq edir..