Kley Tompson karyerası ərzində ən çətin müdafiə etdiyi oyunçunun kim olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Dallas Maveriks"in müdafiəçisi bu barədə danışarkən LeBron Ceymsin adını çəkib: "LeBron, heç bir sual yoxdur. Biz onunla ardıcıl dörd finalda qarşılaşmışıq və oyunu onun qədər yaxşı idarə edən heç kəsi görməmişəm. Meydançada hər şeyi bacarır. Onun zəif tərəfi yoxdur. Karyerasının əvvəlində, ilk finalına çıxanda onun tullanaraq atışı bir qədər qeyri-sabit idi. Amma biz onunla qarşılaşanda artıq sol tərəfdən atışı mükəmməl idi. Ona görə də LeBron mənim üçün ən çətin rəqib olub. Heç bir sual yoxdur".
Qeyd edək ki, Tompsonun çıxış etdiyi "Qolden Steyt Uorriors" LeBron Ceymsin formasını geyindiyi "Klivlend Kavalers"lə 2015-2018-ci illərdə NBA finalında dörd dəfə üz-üzə gəlib və bu seriyalarda üç dəfə qalib gəlib.


