"Barselona" Rodri transferi üçün üçüncü dəfə rəsmi təklif göndərməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, insayder Fabrizio Romano Kataloniya klubunun "Mançester Siti"nin 50 və 60 milyon avroluq əvvəlki təklifləri rədd etdiyini bildirib.
"Barselona" bu dəfə təxminən 60 milyon ilə "şəhərlilər"in tələb etdiyi 80 milyon avro arasında bir məbləğ təklif etməyi planlaşdırır.
Klub rəhbərliyi transferin baş tutacağına inamlı və nikbindir.


