Yeni mövsümə hazırlıqlarını davam etdirən "Neftçi" basketbol komandası heyətini daha bir oyunçu ilə gücləndirib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
23 yaşlı hücumçu karyerası ərzində qazandığı uğurları ilə diqqət çəkib. 200 sm boya malik basketbolçu 2024-cü ildə məhz "Neftçi"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Turğut sonuncu mövsüm "Gəncə"də çıxış edib.


