UEFA Avropa Liqasında pley-offa vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, cavab oyunları çərçivəsində keçirilən 11 qarşılaşma maraqlı məqamlar və həmyerlilərimizin çıxışı ilə yadda qalıb.

Beşiktaş" doğma azarkeşləri önündə Çexiyanın "Hradeç" klubunu minimal hesabla (1:0) üstələyərək növbəti mərhələyə adlayıb.

Azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi Kiprin "Pafos" "Zalsburq"la bərabərə qalıb (3:3). Həmyerlimizin baxımlı qolla fərqləndiyi matçın nəticəsi kiprlilərə bəs etməyib və onlar turnirlə vidalaşıb.

Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın "Eqnatiya" klubu isə öz meydanında "Şemrok Rovers"ə göz açdırmayıb (5:1). Meydanda 90 dəqiqə mübarizə aparan Zamiq 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Mərhələnin digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

Bütün oyunların nəticələrini sizə təqdim edirik

✅"Beşiktaş" (Türkiyə) – "Hradets" (Çexiya) - 1:0 (ümumi hesab - 2:0)

"Qurnik" (Polşa) – "Ferentsvaroş" (Macarıstan) ✅ 1:1 (ümumi hesab - 1:2)

✅"Omoniya" (Kipr) – "Linkoln" (Cəbəllüttariq) - 1:0 ümumi hesab - 2:1)

"Pafos" (Kipr) – "Zalsburq" (Avstriya) ✅- 3:3 (ümumi hesab - 3:4)

✅"Universitatya" (Krayova, Rumıniya) – "KuPS" (Finlandiya) - 2:1 (ümumi hesab - 3:2)

"Vikinqur" (İslandiya) – "Tyun" (İsveçrə)✅ - 3:2 (ümumi hesab - 3:5)

ÇSKA (Sofiya, Bolqarıstan) – "Makkabi" (Təl-Əviv, İsrail)✅ - 1:3 (ümumi hesab - 4:3)

✅"Anderlext" (Belçika) – PAOK (Yunanıstan) - 3:2 (ümumi hesab - 4:2)

"Reyncers" (Şotlandiya) – "Yagelloniya" (Polşa) ✅- 1:1 (ümumi hesab - 1:2)

"Harts" (Şotlandiya) – "Benfika" (Portuqaliya)✅ - 1:1 (ümumi hesab - 2:7)

✅"Eqnatiya" (Albaniya) – "Şemrok Rovers" (İrlandiya) - 5:1 (ümumi hesab - 1:3)

"Klavsik" (Farer adaları) - "Lex" (Polşa) (Təxirə salınıb) (İlk oyun - 0:1)

11 avqust

✅"İberiya" (Gürcüstan) – "Larne" (Şimali İrlandiya) - 2:1 (ümumi hesab - 2:!)