Bu gün Misli Premyer Liqasında yeni mövsüm start götürür.

Offsideplus.az xəbər verir ki, artıq klublar iştirak ərizəsini PFL-ə təqdim edib.

“Neftçi”də Kenan Piriç, İmad Faraj və Alessio Kurçinin adı siyahıya daxil edilməyib.

Hər 3 futbolçu ilə yolların ayrılacağı gözlənilir.

Farajın karyerasını Tunisdə davam etdirəcəyi gözlənilir. “Neftçi” bu gedişdən 1.5 milyon avro qazanacaq.