"Dinamo" (Kiyev) səddini aşan "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, ilk görüş Niderlandda keçiriləcək.
Avqustun 20-də baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Cavab qarşılaşması bir həftə sonra - avqustun 27-də Bakıda olacaq.
Qeyd edək ki, bu mərhələni keçməyi bacaran komanda Konfrans Liqasının Liqa mərhələsində mübarizə aparacaq.


