NBA-nın əfsanəvi məşqçisi Don Nelsonun vəfatı basketbol ictimaiyyətini bir araya gətirib. Dallasda keçirilən vida mərasimində bir çox tanınmış simalar, o cümlədən "San Antonio Spurs"un prezidenti və baş məşqçisi Qreq Popoviç də iştirak edib. Popoviç mərasimdə çıxış edərək, Nelsonla keçirdiyi illəri böyük minnətdarlıqla xatırlayıb və onun həyatında xüsusi rol oynadığını vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Popoviç 1992-1994-cü illərdə "Qolden Steyt Uorriors"da Don Nelsonun köməkçisi kimi çalışdığı dövrü "NBA-da ən xoşbəxt iki il" adlandırıb. O, zarafatla əlavə edib ki, ailəsi Nelsonun ailəsi ilə vaxt keçirməyi özündən daha çox sevib. Popoviç etiraf edib ki, "San Antonio Spurs"da tətbiq etdiyi bir çox taktikanı məhz Nelsondan öyrənib və sadəcə oyunçular fərqli olduğu üçün onları bir qədər dəyişib. Popoviç mərasimdə Nelsonun sərt xarakterinin arxasında böyük və yumşaq qəlbinin olduğunu, onun həm rəqib, həm də dost kimi unudulmaz şəxsiyyətə sahib olduğunu xüsusi qeyd edib.


