İngiltərə Premyer Liqasının Fantazi oyunu yeni mövsümə start verir və ən bahalı oyunçular müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Erlinq Holand və "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş hər biri 11 milyon dəyərində qiymətləndirilib. Holandın qiyməti ötən mövsümlə müqayisədə 1 milyon azalıb. Norveçli forvard ötən mövsüm 35 oyunda 27 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Bruno Fernandeş isə 1 milyon bahalaşıb. Portuqaliyalı yarımmüdafiəçi 2025/26 mövsümündə 9 qol və 21 assistlə fərqlənib.
"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer 10 milyon dəyərində qiymətləndirilib və onun qiyməti də 1 milyon azalıb. "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka və "Mançester Siti"nin oyunçusu Antuan Semenyo hər biri 9,5 milyon dəyərindədir. "Liverpul"un hücumçusu Aleksandr İsak və "Mançester Yunayted"in yarımmüdafiəçisi Brian Mbemo isə 9 milyon qiymətləndirilib.


