UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Beşiktaş" öz meydanında Çexiyanın "Hradets Kralove" klubunu 1:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, səfərdəki ilk matçda da 1:0 hesabı ilə qalib gələn İstanbul təmsilçisi iki oyunun nəticəsinə görə (2:0) pley-Off mərhələsinə vəsiqə qazanıb.

​Matçın yeganə qolu:

40' Vatslav Çerni (ötürmə: Cunior Olaitan) (1-0)

​"Beşiktaş"ın Avropa Liqasının Pley-Off mərhələsindəki rəqibi Litvanın "Kauno Jalgiris" klubu olacaq.