Fransalı vinqer Mussa Diabi keçmiş klubu "Bayer Leverkuzen"ə qayıtmaq üçün müqavilə şərtlərini tam razılaşdırıb.

Offsideplus.az xəbər verir ki, transfer ətrafındakı son vəziyyət bu cürdür:

  • Şəxsi müqavilə: Diabi "Bayer Leverkuzen"lə 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulan 5 mövsümük müqavilə şərtlərini qəbul edib. O, illik təxminən 6 milyon avro maaş alacaq.

  • Klublararası danışıqlar: Leverkuzen təmsilçisi transferi 30 milyon avrodan aşağı məbləğə həll etməyə çalışır. "Əl-İttihad"la müzakirələr davam edir.

  • Əsas maneələr: Səudiyyə Ərəbistanında mövsümlük 10 milyon avrodan çox qazanan futbolçunun təzminat ödənişi və "Əl-İttihad"ın digər vinqeri Rozher Fernandesin ağır zədə alması danışıqları bir qədər mürəkkəbləşdirib.

  • "Leverkuzen"in təzyiqi: Bundesliqa təmsilçisi mövsüm başlamadan keçidi tez bir zamanda rəsmiləşdirmək niyyətindədir.