“Ümid edirəm ki, növbəti oyunlarda da uğurlu nəticəni təkrarlayacağıq”.
Offsideplus.az xəbər verir ki bu sözləri “Qarabağ”ın futbolçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyunundan (2:0) sonra jurnalistlərə açıqlamasında deyib.
Hücumçu matçla bağlı fikirlərini bölüşüb: “Qələbə qazandığımız üçün çox şadıq, çünki son matçlar bizim üçün bir qədər gərgin keçmişdi. Ona görə də bu oyunda qələbə qqzanmağı çox istəyirdik. Belə çətin məqamlarda xarakter nümayiş etdirdiyimiz anlar az olmayıb”.
Qurbanlı pley-off mərhələsində rəqibləri olan Niderlandın "Tvente" klubu haqqında da danışıb: “Növbəti matçda meydana əsas heyətdə çıxmağa çalışacağam. Hər gün öz üzərimdə işləyir, inkişaf etməyə çalışıram. İnşallah, baş məşqçimiz şans verəcəyi təqdirdə, özümü doğrultmağa çalışacağam”.
Qeyd edək ki, “Qarabağ”ın növbəti mərhələdəki rəqibi Niderlandın "Tvente" komandası olacaq. Pley-offun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də baş tutacaq.


