“Möhtəşəm bir oyun oldu”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyunundan (2:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Klub prezidenti matçla bağlı fikirlərini bölüşüb:

“Açıq oyun keçdi. Fürsətlərimiz çox olsa da, bir neçəsini dəyərləndirə bilmədik. “Dinamo” Kiyev çox böyük və dünyada tanınan klubdur. Sonuncu dəfə onlar Azərbaycanda 35 il əvvəl oynayıblar və “Neftçi” həmin matçdan qalib ayrılıb. Mən çox istəyirdim ki, biz bu tarixi təkrarlayaq. Şükürlər olsun ki, alındı. Çox sevincliyəm.

“Qarabağ” hər oyunda daha da güclənir. Çox yaxşı komanda formalaşdırmışıq. Bizə sadəcə bir qədər vaxt lazımdır. Komandada müəyyən əskikliklər var, hazırda axtarışdayıq. Çünki biz çox iddialıyıq, hələ də iki oyunçu axtarırıq. Rəhbərlik komandanın yanındadır”.

Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən “Dinamo”nu 2:1 hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.