Belçikalı yarımmüdafiəçi Yuri Tilemans "Aston Villa" azarkeşlərinə ünvanladığı sözlərə görə üzr istəyib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu bu yay üçillik "Aston Villa" karyerasından sonra "Mançester Yunayted"ə keçib. Tilemans mövsümöncəsi toplanış zamanı verdiyi açıqlamada Birmingem klubuna onu "ən yaxşı səviyyəsinə qaytardığı" üçün təşəkkür edib, ardınca isə "Bəzi klublar var ki, "Aston Villa"dan daha yüksəkdədir və "Mançester Yunayted" onlardan biridir" deyib. Bu fikirlər azarkeşlər arasında narazılıq yaradıb və Tilemans açıqlamasına aydınlıq gətirib.
"Heç bir halda istəməzdim ki, mətbuata dediyim sözlər kimisə incitsin və ya "Aston Villa" klubunu narahat etsin. Bu kluba böyük hörmətim var və son üç il üçün minnətdaram. Lakin səhvimi etiraf etməli və söz seçimimə görə üzr istəməliyəm. Gələcəkdə daha diqqətli olacağam. Kluba gələcəkdə uğurlar arzulayıram", – deyə Tilemans bildirib.


