"Memfis Qrizlis"in forvardı Brendon Klarkın 2026/27 mövsümü üçün nəzərdə tutulan 12,5 milyon dollarlıq maaşı onun ailəsinə ödənilməyəcək.
Offsideplus.az xəbər verir ki, buna səbəb müqavilənin ölüm halı üçün sığortalanmamasıdır. Klub Klarkla olan müqaviləni 3 iyul tarixində, onun vəfatından təxminən yeddi həftə sonra ləğv edib. Bu məbləğ komandanın maaş büdcəsinə də daxil edilməyəcək. Brendon Klark 11 may 2026-cı ildə, 29 yaşında Los Ancelesdə dünyasını dəyişib. Ekspertiza ölümün səbəbinin narkotik maddələrdən artıq dozada istifadə olduğunu müəyyənləşdirib.


