Aleksis Mak Allisterin atası və nümayəndəsi yay transfer pəncərəsi bağlanana qədər onun "Liverpul"dan ayrılmayacağını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Argentina millisinin yarımmüdafiəçisinin "Qalatasaray" və "Mançester Siti"nin maraq dairəsində olduğu, "Mançester Siti"nin onu Rodrinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirdiyi bildirilirdi.
"Oğlum "Liverpul"da qalacaq. Bu yay onun klubdan ayrılması ehtimalını müzakirə etməmişik", – deyə ata Mak Allister bildirib.


