UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub və pley-off mərhələsinin iştirakçıları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın “Rakuv” klubu isə səfərdə İsveç “Hammarbü”sünü üstələyərək pley-offa vəsiqəni təmin edib.

Qarşılaşmaya əsas heyətdə başlayan Mahir 67-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb və 73-cü dəqiqədə yerini Lamin Diabi-Fadiqaya güzəştə gedib.

Mərhələnin digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi (cavab oyunları)

13 avqust

"Qarabağ" (Azərbaycan) ✅ – "Dinamo" (Kiyev, Ukrayna) - 2:0 (Ümumi hesab - 2:1)

"Hammarbü" (İsveç) – "Rakuv" (Polşa) ✅ - 0:1 (Ümumi hesab - 0:1)

"Flora" (Estoniya) – "İnter" (Andorra) ✅ - 0:4 (Ümumi hesab - 0:6)

"Tobol" (Qazaxıstan) – "Partizan" (Serbiya) ✅ - 1:2 (Ümumi hesab - 1:5)

"İlves" (Finlandiya) – "Riyeka" (Xorvatiya) ✅ - 1:1 (Ümumi hesab - 1:2)

RFS (Latviya) – "Yablonets" (Çexiya) ✅ - 1:2 (Ümumi hesab - 1:4)

"Dinamo" (Minsk, Belarus) – "Braqa" (Portuqaliya) ✅ - 0:0 (Ümumi hesab - 0:1)

"Midtyulland" (Danimarka) ✅ – "Bohemian" (İrlandiya) - 3:2 (Ümumi hesab - 5:2)

"DAK 1904" (Slovakiya) – "Tvente" (Niderland) ✅ - 3:3 (Ümumi hesab - 3:9)

"Nordsyelland" (Danimarka) ✅ – "Valur" (İslandiya) - 5:0 (Ümumi hesab - 7:0)

"ML Vitebsk" (Vitebsk, Belarus) – "Borats" (Bosniya və Herseqovina) ✅ - 2:1 (Penaltilər - 2:4, ümumi hesab - 2:2)

"Tromsö" (Norveç) ✅ – "ÇFR" (Kluj, Rumıniya) - 2:1 (Ümumi hesab - 7:1)

"Vaduts" (Lixtenşteyn) – "İnter" (Turku, Finlandiya) ✅ - 2:2 (Ümumi hesab - 3:4)

"Runavik" (Farer adaları) – "Luqano" (İsveçrə) ✅ - 2:2 (Ümumi hesab - 2:4)

"Drita" (Kosovo) ✅ – "Tre Fiori" (San-Marino) - 5:0 (Ümumi hesab - 9:1)

"Sent-Qallen" (İsveçrə) ✅ – "Şerif" (Moldova) - 5:1 (Ümumi hesab - 8:2)

"Austriya" (Vyana, Avstriya) ✅ – "Beytar" (İsrail) - 1:2 (Penaltilər - 4:2, ümumi hesab - 3:3)

"Gent" (Belçika) ✅ – "Höteborq" (İsveç) - 1:1 (Ümumi hesab - 2:1)

"Şkendiya" (Şimali Makedoniya) – "Hibernian" (Şotlandiya) ✅ - 0:0 (Ümumi hesab - 1:2)

"Dyör" (Macarıstan) – "Riqa" (Latviya) ✅ - 1:1 (Ümumi hesab - 1:2)

"Mazeruell" (Şotlandiya) ✅ – "HİK" (Finlandiya) - 2:0 (Ümumi hesab - 3:1)

"Şelburn" (İrlandiya) – "Ayaks" (Niderland) ✅ - 2:2 (Ümumi hesab - 3:5)

"Hayduk" (Split, Xorvatiya) ✅ – "Jalgiris" (Litva) - 4:0 (Ümumi hesab - 9:2)

"Dinamo Siti" (Albaniya) ✅ – "Auda" (Latviya) - 4:0 (Ümumi hesab - 4:1)