"Sabah" heyətinə ABŞ-dən olan daha bir basketbolçu qatıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kuinsi Ballardla anlaşma əldə olunub.
25 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 213 sm boya malik basketbolçu karyerasına "Henninger High School"da başlayıb. 2025/26 mövsümündə Ballard karyerasını “Mississippi State Bulldogs” komandasında davam etdirərək NCAA-nın ən güclü konfranslarından biri olan SEC səviyyəsində mübarizə aparıb.


