"Anadolu Efes" növbəti mövsüm üçün heyətini Daron (Fatts) Rassel ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı basketbolçu ötən mövsüm Rumıniyanın "U-BT Kluj-Napoka" klubunda çıxış edib.
O, EuroCup turnirində orta hesabla 19,8 xal toplayaraq liqanın ən məhsuldar oyunçusu olub.
Eyni zamanda Rumıniya yığmasında milliləşdirilən Rassel peşəkar karyerası ərzində "Mornar", "Qalatasaray", "Manisa" və "Karşıyaka" kimi komandaların da şərəfini qoruyub.
Qeyd edək ki, baş məşqçi Pablo Lasonun rəhbərlik etdiyi Türkiyə təmsilçisi bu yay Bruno Fernando, Mayk Ceyms, Kolin Malkolm, Dario Sariç, Metyu Strazel və Santi Yusta kimi tanınmış basketbolçuları da heyətinə qatıb.


