UFC uzun fasilədən sonra Filadelfiyaya qayıdır. UFC 330-un əsas döyüşündə İslam Maxaçev ilk dəfə yarımorta çəki kəmərini müdafiə edəcək. Onun rəqibi irlandiyalı İan Maçado Gerri olacaq.
Offsideplus.az xəbər verir ki, bu qarşılaşma bir növ Dağıstan-İrlandiya rəqabətinin yeni mərhələsi kimi dəyərləndirilir. Lakin bu dəfə əvvəlki illərdəki gərginlik müşahidə olunmur. Maxaçev ikinci çəki dərəcəsində titulunu qorumağa çalışacaq. Gerri isə həm titul, həm də Konor Makqreqorla müqayisələrdən qurtulmaq üçün qəfəsə çıxacaq.
Gecənin ikinci əsas döyüşündə kanadalı Gillian Robertson qadınların yüngül çəkidə titul uğrunda Makkenzi Dernə qarşı mübarizə aparacaq. Bu, Dern üçün də ilk titul müdafiəsi olacaq.
Çəkiölçmə mərasimində əsas döyüşçülər və digər iştirakçılar aşağıdakı kimi qeydə alınıb:
Yarımorta çəki: İslam Maxaçev (ç) – İan Maçado Gerri (UFC yarımorta çəki kəməri üçün)
Qadınların yüngül çəkisi: Makkenzi Dern (ç) – Gillian Robertson (UFC qadınların yüngül çəki kəməri üçün)
Yüngül çəki: Calin Törner – Kauê Fernandes
Orta çəki: Mansur Əbdül-Malik – Dastin Stoltzfus
Yüngül çəki: Edson Barboza – Esteban Ribovics
Preliminari hissə:
Yarımorta çəki: Çidi Ncoquani – Xoel Alvares
130 funt çəki: Çarlz Conson – Eduardo Enrike
Orta çəki: Donte Conson – Erik Makkoniko
Orta çəki: Visente Luque – Tresean Qor
Erkən preliminari hissə:
Yarı ağır çəki: Rafael Tobias – Lukas Fernando
Yarımorta çəki: Nil Maqni – Ramiz Brahimay
Yarımorta çəki: Ceremaya Uells – Mıktıbek Orolbay
Bütün döyüşçülər çəkiölçmədən uğurla keçib və turnirə tam hazırdırlar.


