UFC-nin "Ağ Ev"də keçirilən tarixi "UFC Freedom 250" tədbirinin uğurundan sonra təşkilatın rəhbəri Dana Uayt yeni, daha möhtəşəm bir tədbirin hazırlıqlarından danışıb.

Offsideplus.az xəbər verir ki, Dana Uayt bu barədə açıqlamasında UFC-nin baş prodüseri Kreyq Borsarinin yeni ideyası üzərində işlədiklərini bildirib. Uayt qeyd edib ki, Borsari Ağ Evin cənub çəmənliyində arena qurmaqla böyük işə imza atıb və indi daha iddialı layihələr təklif edir. "Kreyqin yeni ləqəbi 'Lovğa Kreyq'dir. O, əsl ulduzdur! Hər gün yeni ideyalarla çıxış edir", – deyə Uayt vurğulayıb.

Dana Uayt əlavə edib ki, Borsarinin növbəti layihəsi barədə hələlik ətraflı məlumat vermək istəmir. Lakin yaxın həftədə bu barədə yeniliklərin olacağını istisna etməyib: "Ağ Evdə keçirilən tədbirdən böyük heç nə edə bilmərik. Amma Kreyqin yeni ideyası əla səslənir. Əgər alınsa, yaxın günlərdə açıqlama verəcəyik".

Uayt sonda bildirib ki, nə qədər böyük tədbir təşkil olunsa da, UFC-nin Ağ Evdəki gecəsi onun üçün ən unudulmaz an olaraq qalacaq.