"Sportinq" kolumbiyalı hücumçu Luis Suaresi bu yay transfer etməyi planlaşdırmır.
Offsideplus.az xəbər verir ki, klub oyunçunu əsas heyətin vacib üzvü hesab edir və onun transferi ilə bağlı bütün maraqlanan klublara 80 milyon avro məbləğində sərbəstqalma şərtini göstərir. Bildirilir ki, "Barselona" Xulian Alvaresin transferi baş tutmasa, Suaresi alternativ kimi nəzərdən keçirir. İyun ayında "Fənərbaxça" prezidentliyinə namizəd də Suaresi heyətə qatmağa çalışıb. Ötən mövsüm Suares Portuqaliya çempionatında 32 oyunda 28 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.


