U16 qızlardan ibarət milli komandamız FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda 5–7-ci yerlər uğrunda təsnifat mərhələsinə başlayıb.

Offsideplus.az xəbər verir ki, ilk rəqib Bosniya və Herseqovina millisi olub. 

Qızlar rəqibi 78:65 hesabı ilə məğlub edib. 

Azərbaycan 78-65 Bosniya və Herseqovina

(24:12; 21:12; 12:27; 21:14)