Ukraynalı müdafiəçi Maks Şulqa karyerasını "Real Madrid"də davam etdirəcək. 24 yaşlı və 196 sm boyunda olan basketbolçu Madrid klubu ilə 2 illik müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, Maks Şulqa 2025-ci il NBA dreftində 57-ci seçimlə seçilib. O, ABŞ-da NCAA-da beş il çıxış etdikdən sonra ötən mövsümün böyük hissəsini "Boston Seltiks"in G Liqadakı filialında keçirib. Burada onun orta göstəriciləri 15,7 xal, 4,4 ribaund və 6,7 assist olub. Şulqa həmçinin "Boston Seltiks"in əsas komandasında 11 oyunda meydana çıxıb.