"Gəncə" basketbol klubu heyətini yerli oyunçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Tariyel Yusifzadə ilə müqavilə imzalayıb.
2026/27 mövsümünün sonuna qədər anlaşma əldə olunan basketbolçu komandada 16 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Gəncə" azarkeşlərinə tanış olan basketbolçu 2023-2024-cü illər mövsümündə də "sarı-göylər"in şərəfini qoruyub.
Ötən mövsümü "Ordu"da keçirən Yusifzadə, eyni zamanda Azərbaycanın U-18 və U-20 milli komandalarının da formasını geyinib.


