"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə Bakıda keçirəcəyi cavab matçının hakimləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Mərkəz hakimi FIFA referisi Rohit Saqqi olacaq. Ona yan xətlərdə Anders Olav Dale və Ole Andreas Haukasen köməklik göstərəcəklər. Dördüncü hakim vəzifəsi isə Marius Hansen Qrottaya həvalə olunub.

Görüşün VAR hakimi Kristoffer Haqenes, onun köməkçisi (AVAR) isə avstriyalı Alan Kijas olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Tvente" matçı avqustun 27-də, saat 20:00-da start götürəcək. Komandalar arasında ilk matç isə avqustun 20-də keçiriləcək.