UFC-nin yarımorta çəki döyüşçüsü Karlos Prates İslam Maxaçev və İan Gerri arasında keçiriləcək qarşılaşma ilə bağlı proqnozunu bölüşüb.

Offsideplus.az xəbər verir ki, Prates bu döyüşdə Gerri-nin qalib gələcəyini düşünür. "Braziliyada deyirlər ki, nəyisə ürəkdən istəsən, dünya onu sənin üçün reallaşdırar. Mən İan Gerri ilə döyüşmək istəyirəm, ona görə də hesab edirəm ki, o, qalib gələcək. Qərarla", – deyə Prates bildirib. Qeyd edək ki, İslam Maxaçev və İan Gerri arasında döyüş UFC 330 turnirində, 16 avqustda Filadelfiyada baş tutacaq.