Avrokubokların cari mövsümündə diqqətçəkən göstərici qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, təsnifat mərhələlərində ardıcıl inamlı təsir bağışlayan "Sabah" unikal nəticəyə imza atıb.
Bakı təmsilçisi cari mövsüm avrokubokların təsnifat mərhələsində 5 qələbə qazanmağı bacaran yeganə klubdur.
Qeyd edək ki, "bayquşlar" bu göstərici ilə cari mövsümdə bütün avrokubok iştirakçılarını geridə qoymağı bacarıb.


