"Milan"ın baş məşqçisi Ruben Amorim Rafael Leao-nun komandada qalmasına qarşı deyil, lakin portuqaliyalı futbolçunun satılmasına da mane olmayacaq.
Offsideplus.az xəbər verir ki, klub Leao-nun transfer qiymətini 60 milyon avrodan 40-45 milyon avroya endirib. Futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği isə 175 milyon avro olaraq qalır və müqavilənin başa çatmasına iki il qalıb. Klub gələcəkdə futbolçunun qiymətinin daha da aşağı düşməməsi üçün bu addımı atıb.
Qeyd olunur ki, yay transfer pəncərəsində Leao İngiltərə Premyer Liqası və ya La Liqa klublarından təklif gözləsə də, hələlik belə bir maraq olmayıb.
Rafael Leao açıqlamasında bildirib: "Premyer Liqa və ya La Liqada daha yaxşı çıxış edə bilərdim. "Milan"da komandanın oyun üslubuna görə fərq yarada bilmədim, qasıq zədəsi ilə və öz mövqeyimdə oynamadan çıxış edirdim."


