"Real Madrid" Rodriyə transfer təklifi ilə bağlı imtinasını və onun "Barselona"ya üstünlük verməsini sakit qarşılayıb.
Offsideplus.az xəbər verir ki, klub daxilindən bildirilib ki, "Mançester Siti"nin yarımmüdafiəçisi heç vaxt "Real Madrid" üçün əsas transfer hədəfi olmayıb. Onun nəzərdə tutulan rolu əvvəlcə Bernardo Silvaya aid edilib, Rodri isə daha çox heyətə keyfiyyətli əlavə kimi qiymətləndirilib.
Bundan əlavə, "Real Madrid" heyətinin hazırda 95 faiz formalaşdığını hesab edir. Klubda hər transfer yarışını qazanmağın mümkün olmadığını anlayırlar.


